Küçədə soyunaraq əxlaqsız hərəkətlər edən şəxs həbs edildi
Kriminal
Naxçıvan şəhərində ictimai asayişi pozaraq xuliqanlıq hərəkətləri törətmiş şəxs həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 14-də şəhərin mərkəzi küçələrindən birində baş verib.
Belə ki, orta yaşlı şəxs saat 17:00 radələrində küçənin ortasında soyunaraq əxlaqsız hərəkətlər edib. Həmin şəxs polis tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Məlum olub ki, küçədə əxlaqsız hərəkətlər edən şəxs 1988-ci il təvəllüdlü Şahbuz rayon sakini Y.Yəhyayevdir.
Onun hadisə vaxtı sərxoş halda olduğu məlum olub.
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol yazılan vətəndaş Naxçıvan Şəhər Məhkəməsinə göndərilib və məhkəmənin müvafiq qərarı ilə 12 sutkalıq həbs olunub.
Yaşar Araz