Laçında şirkət əməkdaşları həbs edildi
Kriminal
Laçın rayonunda ictimai asayişi pozan iki nəfər həbs olunub.
News24.az xəbər verir ki, hadisə noyabrın 18-də rayonun Qorçu kəndi ərazisində baş verib. Laçında fəaliyyət göstərən şirkətlərdən birində briqada rəisi işləyən Şəmkir rayonu Könüllü kənd sakini, 1982-ci il təvəllüdlü S.K. və həmin şirkətdə gözətçi vəzifəsində çalışan həmkəndlisi T.T. polis tərəfindən saxlanılıb.
Sərxoş vəziyyətdə ictimai asayişi pozan işçilər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib. Hər iki şəxs Laçın rayon Məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs cəzasına məhkum olunub.
Yaşar Araz