Mağazadan seyf oğurlayan şəxs saxlanıldı

Mağazadan seyf oğurlayan şəxs saxlanıldı Kriminal

Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən obyektlərin birindən içərisində 500 manat nağd pul və 1950 manat dəyərində hədiyyə kuponları olan seyf oğurlanıb.

DİN-dən News24.az-a verilən məlumata görə, naməlum şəxs mağaza əməkdaşlarının başının qarışıq olmasından istifadə edərək seyfi ələ keçirib və obyektin arxa qapısından çıxarıb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı Maksim Mahmudov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.