Marneuli bazarında Sahib Bayramovu gülləyən şəxsə ömürlük həbs cəzası verildi

Marneuli bazarında Sahib Bayramovu gülləyən şəxsə ömürlük həbs cəzası verildi Kriminal

Bu ilin yanvar ayının 4-də Gürcüstanın Marneuli bazarında 26 yaşlı Sahib Bayramovu güllələyərək qətlə yetirən şəxlərlə bağlı məhkəmə hökm çıxarıb.

News24.az xəbər verir ki, məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən biri ömürlük, digəri isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Gürcüstan Prokurorluğunun yaydığı məlumata görə, “oğru dünyası“nın üzvləri olan həmin şəxslər Marneuli bazarında ata və oğula dəfələrlə atəş açıb.

Açılan atəş nəticəsində 26 yaşlı Sahib Bayramov ağır xəsarətlər alaraq həmin gün xəstəxanada dünyasını dəyişib.

Onun atası da güllə yarası alıb, lakin vaxtında göstərilən tibbi yardım sayəsində həyatını xilas etmək mümkün olub.

Cinayətin bilavasitə icraçısı yanvarın 7-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.