Məhkəmə dələduzluq edən qadına bu cəzanı verdi

Məhkəmə dələduzluq edən qadına bu cəzanı verdi Kriminal

Dələduzluqda təqsirləndirilən Ofelya Həsənovanın məhkəməsi yekunlaşıb. 

News24.az xəbər verir ki, Bakı Ağır Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Ofelya Həsənova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı məhkəməyə təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

O. Həsənovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb. (Unikal)