"Məni şantaj edirdi, deyirdi, gizli videonu çəkib paylaşacam" - Arvadını döyən rəqs müəllimi
Kriminal
Sosial şəbəkələrdə özünü rəqs müəllimi kimi tanıdan Nicat Azadlının həyat yoldaşı onun barəsində ağır ittihamlar səsləndirib.
News24.az xəbər verir ki, qadın övladının adına olan instaqram hesabında zorakılığı əks etdirən görüntülər paylaşıb. Videoda cütlüyün əvvəlcə sözlü mübahisə etdiyi, daha sonra isə Nicat Azadlının arxa oturacaqda əyləşən qadına qarşı fiziki şiddət göstərdiyi görünür. Ən həssas məqamlardan biri isə həmin an azyaşlı övladının ananın qucağında olmasıdır.
Sözügedən paylaşım sosial şəbəkələrdə sürətlə yayılaraq ciddi rezonans doğurub. Məsələ ilə bağlı Nicat Azadlı ilə əlaqə saxladıq. O, yayılan görüntülərin xeyli əvvələ aid olduğunu bildirdi