"28 may" stansiyasında QANLI OLAY - 20 yaşında oğlanı...
Kriminal
Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Bakı metrosunun "28 may" stansiyasının içində qeydə alınıb.
Belə ki, 1999-cu il təvəllüdlü Şükürov Həzrətəli Abıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın və boyun nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub və əməliyyata yerləşdirilib.