Şəmkirdə məktəbli bıçaqlandı: Saxlanılan var - Yeniləndi

Şəmkirdə məktəbli bıçaqlandı: Saxlanılan var - Yeniləndi Kriminal

Şəmkirdə bıçaqlanma olub.

News24.az xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində baş verib. Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H.Abuzərli şəxsi münasibətlər zəminində, 2011-ci il təvəllüdlü (15 yaş) S.Məmmədlini bıçaqlayıb.

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Qeyd edək ki, hər iki şəxs məktəblidir.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır. (Unikal)


News24.az -ın əldə etdiyi məlumata görə, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.


Fevralın 8-də saat 22:10 radələrində 3 nəfər (kişi) şəxslər xəsarət alması səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Şəmkir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.

"Xəsarət alanların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə qeyd edilib.