Narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Hesabat
Kriminal
Yanvar- may ayları ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2110 nəfər cəlb edilib.
News24.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.
Ümumilikdə 3766 cinayət faktı aşkarlanıb. Onlardan 890-ı narkotik vasitələrin qanunsuz satışı, 2841-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 33-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Saxlanılan şəxslərdən onlardan 2057-si kişi, 53-ü qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 25 nəfəri isə xarici ölkə vətəndaşıdır.
Məsuliyyətə cəlb edilmiş 25 xarici ölkə vətəndaşından ümumilikdə 156 kq 822,062 qr və 974 ədəd həb müxtəlif növ narkotik vasitələr götürülüb.