Neftçala və Şüvəlanda iki nəfər son anda - suda boğulmaqdan xilas olunub

Neftçala və Şüvəlanda iki nəfər son anda - suda boğulmaqdan xilas olunub Kriminal

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti boğulmaq təhlükəsi ilə üzləşən 2 nəfəri xilas edib.

News24.az xəbər verir ki, bu barədə nazirliyin internet səhifəsində məlumat yer alıb.

Xilasedicilər tərəfindən Neftçala rayonunda və Bakının Şüvəlan qəsəbəsindəki qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.