Özünü ADSEA əməkdaşı kimi təqdim edib pul istədi - DƏLƏDUZLUQ

Özünü ADSEA əməkdaşı kimi təqdim edib pul istədi - DƏLƏDUZLUQ Kriminal

Bakıda şirkət və ofisləri hədəf alan yeni rəqəmsal dələduzluq üsulu peyda olub. Özünü rəsmi qurumun əməkdaşı kimi təqdim edən naməlum şəxslər müxtəlif bəhanələrlə vətəndaşlardan kart hesablarına təcili pul köçürmələrini tələb edirlər.

News24.az xəbər verir ki, Modern.az-ın əməkdaşları da analoji dələduzluq və aldadılma cəhdi ilə üz-üzə qalıb.

Belə ki, naməlum şəxs əməkdaşımıza zəng edərək ofisin yerləşdiyi ərazidə kanalizasiya xətlərinin təmir edildiyini iddia edib. O, hazırda mağazada material aldıqlarını bəhanə gətirərək, təcili olaraq kart hesabına 18 manat köçürülməsini istəyib. Əməkdaşımız qarşı tərəfdən hansı şirkət və ya rəsmi qurumu təmsil etdiyini soruşduqda isə şübhəli şəxs "siz pulu atın, sonra deyəcəyik" deyərək birbaşa cavabdan yayınıb.