Nəsimi Nəbizadənin qardaşı saxlanıldı – Yeniləndi
Kriminal
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbirləri zamanı saxlanılan şəxslərdən biri narkoasılılıqdan əziyyət çəkən jurnalist Nəsimi Nəbizadənin qardaşı Elnur Nəbizadədir.
News24.az xəbər verir ki, 48 yaşlı E.Nəbizadə əvvəllər də məhkumluq həyatı yaşayıb. (Teleqraf)
**
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tədbir zamanı Saray qəsəbə sakinləri əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 48 yaşlı Elnur Nəbizadə, 39 yaşlı Tərlan Talıbov və 35 yaşlı Yusif Cəbrayılov saxlanılıblar.
Onlardan 12 kiloqram 962 qram narkotik maddə marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb.
Hər 3 şəxs barəsində Sumqayıt məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.