Polis iki günə 18 avtomat aşkarladı

Polis iki günə 18 avtomat aşkarladı Kriminal

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

News24.az xəbər verir ki, yanvarın 17-si və 18-i polis əməkdaşları paytaxtda, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 18 avtomat silahı, 4 tapança, 3 qumbara, 1 qumbaraatan aşkar ediblər.

Bundan başqa, 30 tüfəng, 12 patron darağı və 492 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.

Tədbirlər davam etdirilir.