Polkovnik Məlikməmməd Qurbanovun - Cəzası azaldıldı
Kriminal
Xüsusilə külli miqdarda mənimsəmə cinayətində təqsirli bilinən polkovnik Məlikməmməd Qurbanovun cəzası azaldılıb.
News24.az xəbər verir ki, Ali Məhkəmə müdafiə tərəfinin şikayəti əsasında belə qərar çıxarıb.
Son qərarla Məlikməmməd Qurbanovun cəzası 6 il 6 aydan 6 ilə endirilib. Qərar qalan hissələrdə dəyişdirilməyib.
Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. O, 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.
Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı ilə Qurbanova 6 il 6 ay həbs cəzası verilmişdi. (Qafqazinfo)