Qaxda 1 tondan artıq çətənə kolu məhv edildi

Qaxda 1 tondan artıq çətənə kolu məhv edildi Kriminal

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib.

News24.az xəbər verir ki, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2026” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Uzuntala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Baxış zamanı ümumi çəkisi 1 ton 200 kiloqram olan, 3300 ədəd çətənə kolunun bitdiyi müəyyən edilib. Aşkar edilən bitkilər müvafiq qaydada məhv edilib.

Faktla bağlı araşdırma aparılır.