Qayınları tərəfindən bıçaqlandı

Qayınları tərəfindən bıçaqlandı Kriminal

Nərimanov rayonunda 40 yaşlı kişi qayınları tərəfindən bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə Böyükşor yaşayış massivində, 73 saylı orta məktəbin yaxınlığında baş verib.

1979-cu il təvəllüdlü İbrahimov Ceyhun İslam oğlu qayınları tərəfindən bıçaqlanıb.

Bədənin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq zərbəsi alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

Ona qarının, kürəyin və belin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.