Qazaxda AİLƏ DAVASI: Dayısını boğazından bıçaqladı

Qazaxda AİLƏ DAVASI: Dayısını boğazından bıçaqladı Kriminal


Qazaxda bıçaqlanma hadisəsi baş verib.

News24.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Kənd sakini, 18 yaşlı Hümbət Məmmədov yaşadığı evdə dayısı, 1977-ci il təvəllüdlü Ramin Ömərovu bıçaqlayıb.

Boğazından və qolundan bıçaq xəsarətləri alan Ramin Ömərov xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Hümbət Məmmədov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.