Biləsuvarda dəhşətli qətl: Yaşlı qadın evində boğularaq öldürüldü
Kriminal
Biləsuvarda qadının qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.
News24.az xəbər verir ki, 4 oğlu və 2 qızı olan Almaz Cəfərova uzun müddət tək yaşayıb. Onun oğlan övladlarının hazırda Rusiya Federasiyasında olduğu bildirilir.
Bir müddət əvvəl gəlini Gülbəniz Həsənzadə Rusiyadan geri dönərək mərhumla eyni evdə yaşamağa başlayıb.
Yaxınlarının sözlərinə görə, qadının tək yaşaması səbəbindən evdə təhlükəsizlik kameraları quraşdırılıb. Hadisədən təxminən 40 gün sonra ailə üzvləri kamera görüntülərini nəzərdən keçirərkən Almaz Cəfərovanın qətlə yetirildiyini müəyyən ediblər.
Yaşar Araz
14:13
Biləsuvar rayon sakininin qəsdən öldürülməsi müəyyən olunub.
News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Bildirilib ki, Biləsuvar rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Biləsuvar rayon İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürülməsi müəyyən edilib.
Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.