“Qırmızı körpü”də sərhədi pozma cəhdinin qarşısı alındı

“Qırmızı körpü”də sərhədi pozma cəhdinin qarşısı alındı Kriminal

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşları Gürcüstandan istiqamətində dövlət sərhədinin pozulmasının qarşısını alıb.

News24.az xəbər verir ki, yanvarın 19-da saat 04:30-da “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini, 1987-ci il təvəllüdlü Ömər Sadıqovun idarə etdiyi “Daf” markalı 99-UL-655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə birgə baxış zamanı avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Lamia Mamedova saxlanılıb.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.