Qohumunun evindən pul və qızıl oğurlayan şəxs - TUTULDU

Qohumunun evindən pul və qızıl oğurlayan şəxs - TUTULDU Kriminal
İmişli rayon Aranlı kənd sakini Ə. Xudiyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus evdən qızıl zinət əşyasının və pullarının oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, polis əməkdaşları tətəfindən müvafiq tədbirlər görülüb. Keçirilmiş əməliyyat-axtarışi tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən İmişli rayon sakini Ə.Tağıyev saxlanılıb. 

Araşdırmalarla onun zərərçəkmişə məxsus evdən 2700 manat pul və 700 manat dəyərində 1 ədəd qızıl üzük oğurladığı müəyyən edilib. Oğurlanmış pulların bir qismi və üzük maddi sübut kimi götürülüb. Dindirilmə zamanı o, törətdiyi cinayət əməlini etiraf edib. 

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.