Qonşunun 7 yaşlı qızına qarşı əxlaqsızlıq edən şəxsə AĞIR CƏZA VERİLDİ

Qonşunun 7 yaşlı qızına qarşı əxlaqsızlıq edən şəxsə AĞIR CƏZA VERİLDİ Kriminal

Biləsuvar rayonunun kəndlərindən birində qonşunun azyaşlı qızına qeyri-əxlaqi hərəkətlər etmiş şəxs həbs edilib.

News24.az -ın əldə etdiyi məlumata görə, 1988-ci il təvəllüdlü Rafail Səfərov (şərti) barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb.

Məlum olub ki, 38 yaşlı şəxs qonşuluğa yeni köçmüş ailənin 7 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər edib.

Uşağın bu barədə yaxınlarına deməsindən sonra Rafail barəsində cinayət işi açılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 17 il həbs cəzasına məhkum edilib.

Yaşar Araz