"Qurtuluş" Reabilitasiya Mərkəzində saxlanılan 11 nəfər ailələrinə qaytarıldı

"Qurtuluş" Reabilitasiya Mərkəzində saxlanılan 11 nəfər ailələrinə qaytarıldı Kriminal

Barəsində cinayət işi başlanılmış "Qurtuluş" Reablitasiya Mərkəzində müalicə alan pasiyentlər istintaqa çağırılıb.

News24.az xəbər verir ki, mərkəzdə müalicə adı ilə saxlanılan 11 nəfər istintaqa şikayət edərək, azadlıqlarının qanunsuz məhdudlaşdırıldığını deyib. Prokurorluğun araşdırmaları zamanı həmin şəxslər evlərinə qayıtmaq istədiklərini bildiriblər.

Həmin şəxslərin ailələrinə qaytarılması təmin edilib.

Qeyd edək ki, Sumqayıt Şəhər Prokurorluğunda faktla bağlı cinayət işi başlanılıb, mərkəzin rəhbəri Ceyhun Salmanov və digər iki nəfər saxlanılıb. (Oxu.az)