Qusarda oğul anasını qətlə yetirib

Qusarda oğul anasını qətlə yetirib Kriminal

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.

 

News24.az xəbər verir ki, hadisə rayonun Xurel kəndində qeydə alınıb.  Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Maisə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.   


Qətli törətdikdən sonra N.Əhmədov hadisə yerindən qaçıb. Onun saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Faktla bağlı cinayət işi açılıb, istintaq əməliyyat tədbirləri aparılır.