Rəhman Qurbanəlizadənin həbs müddəti artırıldı

Rəhman Qurbanəlizadənin həbs müddəti artırıldı Kriminal

Quldurluq etməkdə təqsirləndirilərək 7 il həbs cəzasına məhkum edilmiş Şəmkir sakini 1997-ci il təvəllüdlü Rəhman Qurbanəlizadənin hökmü dəyişdirilib.

News24.az-ın əldə etdiyi məlumata görə, prokurorluq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya protesti verərək cəzanın ağırlaşdırılmasını tələb edib.

Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. R. Qurbanəlizadənin cəzası 4 il artırılaraq 11 il -ə qaldırılıb.

Qeyd edək ki hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rəhman Qurbanəlizadə küçədə  Emin Məmmədova hücum edərək ona zərbələr endirib əl çantasını və telefonunu götürərək qaçıb.

Zərərçəkmiş Emin Məmmədov isə ifadəsində təqsirləndirilən şəxsin ona dəyən ziyanı ödədiyini və ondan şikayətçi olmadığını bildirib.

Ona qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.

   Yaşar Araz