Rəqsanə ev dustaqlığına buraxıldı – Video/Yenilənib

Rəqsanə ev dustaqlığına buraxıldı – Video/Yenilənib Kriminal

Xəbər verdiyimiz kimi, məşhur müğənni Rəqsanə İsmayılova bu gün Sabunçu Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.

News24.az xəbər verir ki, müğənni Rəqsanə İsmayılova Manset.az-a açıqlamasında azadlıqda olduğu üçün sevindiyini bildirib.

"Mən həmişə ölkəmizin qanunlarına inanmışam. Allah Cənab Prezidentimizi və Birinci vitse-prezidentimizi qorusun. Balalarımın yanındayam. Çox sevincliyəm".

**

Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

News24.az xəbər verir ki, zərərin müəyyən hissəsinin ödənməsi və zərərçəkmişlərlə təqsirləndirilən Rəqsanə İsmayılova arasında olan razılığa əsasən barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.

Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.