Rusiyada narkotik saxlamada ittiham edilən - azərbaycanlının işi məhkəməyə göndərildi

Rusiyada narkotik saxlamada ittiham edilən - azərbaycanlının işi məhkəməyə göndərildi Kriminal
Rusiyanın Xarabrov vilayətinin Verxnebureyin rayonunda qanunsuz narkotik saxlamada ittiham edilən Azərbaycan vətəndaşının işi məhkəməyə göndərilib. 
News24.Az xəbər verir ki, işin materiallarına əsasən, o, 2019-cu ilin aprelində Çeqdomın qəsəbəsinin vağzalında saxlanılıb. 
Üzərinə baxış zamanı azərbaycanlının çantasından bir kiloqram həşiş aşkarlanıb. 
O, polis əməkdaşları tərəfindən rayon polis idarəsinə aparılıb və ilkin dindirilmə zamanı əməlini etiraf edib.