Sabirabadda 42 yaşlı qadın qətlə yetirilib, qardaşı tutuldu

Sabirabadda 42 yaşlı qadın qətlə yetirilib, qardaşı tutuldu Kriminal

Sabirabadda qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Murtuz Xudaverdi oğlu bacısı 1983-cü il təvəllüdlü Məmmədova Ülviyyə Xudaverdi qızını ov tüfəngindən atəş açmaqla qətlə yetirib.

M. Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdıma aparılır. (Apa.az)