Sabirabadda əməliyyat - 47 yaşlı kişi həbs edildi
Kriminal
Sabirabadda narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 47 yaşlı Taryel Qasımov saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 55 ədəd narkotik xassəli kol aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.