Sabirabadda 21 yaşlı oğlan 16 yaşlı qızı öldürərək Kürə atdı
Kriminal
[hide][/hide]Sabirabadda qətl hadisəsi baş verib.
News24.az APA-ya istinadla bildirir ki, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.
Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.
Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.
Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma gedir.