Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu

Sabirabadda qəsdən yanğın törədən şəxs tutuldu Kriminal

Sabirabad rayonunun Narlıq kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

News24.az xəbər verir ki, raşdırmalarla yanğının kənd sakini H.Şükürov  tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 1 hektara yaxın ərazidə quru otlaq sahəsi yanıb.

Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.