Sevdiyi qıza görə cinayət törədən məktəbliyə - Bu cəza verildi
Kriminal
Bu ilin iyun ayında Sabirabad rayonunun Kovlar kəndində tanışını bıçaqlayan 2010-cu il təvəllüdlü Hətəm Hətəmov (adlar və soyadlar şərtidir) məhkəmə qarşısına çıxarılıb.
News24.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə yeniyetmə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilib.
Məlum olub ki, Hətəm orta məktəb şagirdidir. O, həmkəndlisi 16 yaşlı Sultan Bünyadovla sevdiyi qıza görə mübahisə edib və gecə saat 00:20 radələrində küçədə həmin şəxsi bıçaqlayıb.
Qarın nahiyəsindən ağır xəsarət alan Sultan xəstəxanaya çatdırılıb və həyatı xilas edilib.
Məhkəmənin hökmü ilə Hətəmə 2 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun ilk dəfə cinayət törətməsi, yaşı, xasiyyətnaməsi və digər hallar nəzərə alınaraq cəza 1 il sınaq müddəti təyin edilməklə şərti hesab olunub. (Qafqazinfo)