Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs - SAXLANILDI - FOTO

Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs - SAXLANILDI - FOTO Kriminal
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxs saxlanılıb.

News24.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olan Asif Nəzərov saxlanılıb.

A.Nəzərovun üzərinə keçirilən baxış zamanı ondan sellofan bükümlərdə olan  21 qram “patı” adlanan psixotrop maddə - metamfetamin, 25 qrama yaxın tiryək,  heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-inin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs - SAXLANILDI - FOTO Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs - SAXLANILDI - FOTO Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs - SAXLANILDI - FOTO Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs - SAXLANILDI - FOTO