“Ştrafnoy”da motosikleti yandıran şəxs həbs edildi
Kriminal
Oktyabrın 29-da Masallı rayonunda yerləşən avtomobillərin cərimə meydançasında insident baş verib.
News24.az-ın əldə etdiyi məlumata görə, “İJ” markalı motoiklet nömrəsiz idarə edildiyi üçün cərimə meydançasına yerləşdirilib. Daha sonra həmin əraziyə gələn motosikletin sahibi 2005-ci il təvəllüdlü Köçəkli kənd sakini dava-dalaş salıb. O, motosikletin üzərinə benzin tökərək od vurub.
Yaxınlıqdakı şəxslər alovun üzərinə vedrə ilə su töksələr də, yanğını söndürmək mümkün olmayıb.
Hadisədən sonra 20 yaşlı şəxs saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati protokol tərtib edilib.
Masallı rayon Məhkəməsində protokola hüquqi qiymət verilib və xuliqanlıq edən vətəndaş 8 sutkalıq həbs edilib.
Yaşar Araz