Sumqayıtda kafedə dava: 3 nəfər həbs edildi
Kriminal
Sumqayıt şəhəri 13-cü mikrorayon, Üzeyir Hacıbəyli küçəsində yerləşən kafedə dava baş verib.
News24.az xəbər verir ki, gecə saatlarında kafedə yeyib-içən şəxslər arasında mübahisə yaranıb. Daha sonra onlar küçəyə çıxaraq uca səslə söyüş söyüb bir-birlərinə hücum ediblər və xuliqanlıq hərəkətləri törədiblər.
Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılan 3 nəfər Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə aparılıb. Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokol tərtib olunub.
Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə saxlanılan hər üç şəxs 8 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.
Yaşar Araz