Tələbəni maşın vurdu
Kriminal
Mingəçevirdə tələbəni maşın vurub.
News24.az xəbər verir ki, hadisə şəhərin M.Füzuli küçəsində qeydə alınıb.
“VAZ-2109” markalı minik avtomobili yolu keçmək istəyən, Qəbələ rayon sakini Əhmədova Gülay Elşən qızını vurub. Piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
G.Əhmədovanın tələbə olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.