Tərtər sakini iki ayağından güllələndi

Tərtər sakini iki ayağından güllələndi Kriminal

Tərtər sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə rayonun Şıxarx qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Məzahir Yusifov hər iki ayağından tüfənglə vurulub.

Yaralı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Apa)