"Tiktok"da qeyri-etik ifadələr işlətdi - Həbs olundu

"Tiktok"da qeyri-etik ifadələr işlətdi - Həbs olundu Kriminal

"TikTok" sosial şəbəkəsində cəmiyyətə qarşı hörmətsizlik edən və qeyri-etik ifadlər işlədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

News24.az xəbər verir ki, Sabirabad rayon sakini 1999-cu il təvəllüdlü Mirabbas Xuduzadə "TikTok" platformasında canlı yayım zamanı onu izləyən şəxslərin ünvanına təhqir xarakterli ifadələr səsləndirib.

O, müvafiq qərarla inzibati qaydada həbs edilib./Unikal/