“TikTok”er Sərdar həbs edildi

“TikTok”er Sərdar həbs edildi Kriminal

Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.

News24.az xəbər verir ki, belə ki, “TikTok” platformasında qeyd edilən qanunsuz əməllərə yol verən “Serdar inanki” hesabı ilə yayımlar edən Sərdar Məcnunov saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib edildikdən sonra məhkəməyə çıxarılıb.

Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə onunla bağlı qərar elan edilib.

Qərara əsasən, Sərdar Məcnunov 20 sutka inzibati qaydada həbs edilib. (Unikal)