Tovuzdakı qətllə bağlı cinayət işi açıldı

Tovuzdakı qətllə bağlı cinayət işi açıldı Kriminal

Qəsdən adam öldürmə faktı ilə bağlı cinayət işi başlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

Tovuz rayonunda qətl hadisəsi törədilib.

News24.az xəbər verir ki, Əyyublu kəndində 1996-cı il təvəllüdlü Mətanət Hacızadə bıçaqlanaraq öldürülüb.

Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Səbuhi Hacızadə polis tərəfindən saxlanılıb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəmnində baş verib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma başlanılıb.