Türkiyədə Bənövşə Məmişova qətlə yetirildi - FOTO

Türkiyədə Bənövşə Məmişova qətlə yetirildi - FOTO Kriminal

Türkiyənin Trabzon şəhərində Gürcüstan vətəndaşının meyiti tapılıb.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, 67 yaşlı qadının küt alətlə başından vurularaq öldürüldüyü məlum olub.

Məlumata əsasən, qadını 16 dəfə məhkum olunmuş 49 yaşlı Türkiyə vətəndaşı qətlə yetirib.

Türkiyə polisi qətlin izlərini müşahidə kamerası qeydləri ilə aşkar edib və qətldə təqsirləndirilən şəxs artıq həbs edilib.

Həbs olunan şəxs, qadınla aralarında olan pul mübahisəsi səbəbindən cinayəti törətdiyini etiraf edib, faktla bağlı araşdırma davam etdirilir.

Aynurə


Türkiyədə Bənövşə Məmişova qətlə yetirildi - FOTO