“Uşaqlara bax deyəndə əsəbiləşdim” – Arzunun qətli ilə bağlı şok təfərrüat
Kriminal
Türkiyənin Bursa şəhərində yaşayan 27 yaşlı Salican Mehmetin Azərbaycan əsilli 20 yaşlı sevgilisi Arzu Xəlilovanı 75 bıçaq zərbəsi ilə qətlə yetirməsi ilə bağlı yeni detallar üzə çıxıb.
News24.az xəbər verir ki, cütlük arasında mübahisə yaranıb və Salican Mehmet sevgilisini mətbəxdə bıçaqlayıb.
Qonşuların səsi eşidərək polisə xəbər verməsi nəticəsində o, hadisə yerində saxlanılıb. Ağır yaralanan Arzu Xəlilova xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Cəsəd tibbi ekspertizaya göndərilib.
Salican Mehmet ifadəsində “Arzu uşaqlara baxmağımı istəyəndə əsəbiləşdim”, - deyərək qətli etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, onun “qəsdən yaralama”, “narkotik saxlama” və “silah qanunlarını pozma” maddələri üzrə səkkiz dəfə məhkumluğu olub.
Hadisə ilə bağlı istintaq davam edir.