Velosipedçini “Prius”la vurub öldürənə bu cəza verildi

Velosipedçini “Prius”la vurub öldürənə bu cəza verildi Kriminal

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi törətmiş 2002-ci il təvəllüdlü Cavid Səfərlinin məhkəməsi keçirilib.

News24.az xəbər verir ki, Göyşaban kəndi ərazisində “Toyota Prius” markalı avtomobillə velosipedlə hərəkət edən Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub öldürən gəncə hökm oxunub.

Bildirilib ki, R.Teymurov Lənkəranda özəl şirkətlərin birində mühafizəçi işləyirmiş və işə velosipedlə gedib-gəlirmiş. Hadisə də həmin zaman baş verib.

Lənkəran Rayon Məhkəməsi C.Səfərlini Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə təqsirli bilib. Ona 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib/Qafqazinfo/