Xaçmazda avtomobillər toqquşdu - -ölənlər var
Kriminal
Xaçmaz rayonunda iki avtomobil toqquşub, ölənlər var.
News24.az xəbər verir ki, hadisə Xaçmaz rayonunun Çarxı kəndi ərazisində baş verib. Gəndob-Yalama yolunda hərəkətdə olan yük avtomobili ilə minik maşını toqquşub. Qəza 2 nəfərim ölümü ilə nəticələnib.
Onlar Xaçmaz rayonu Çarxı kənd sakini 32 yaşlı Əliyev Rəşid Elşad oğlu və 42 yaşlı Hüseynov Fariz Balazahid oğludur.