Xarici vətəndaşlar Bakıda gecə saatlarında it səsi çıxardılar - Belə cəzalandırıldılar - VİDEO

Xarici vətəndaşlar Bakıda gecə saatlarında it səsi çıxardılar - Belə cəzalandırıldılar - VİDEO Kriminal

Bakıda yaşayış binasında gecə saatlarında səs-küy salaraq sakinlərin ciddi narazılığına səbəb olan xarici vətəndaşlarla bağlı yeni məlumat əldə edilib.

News24.az xəbər verir ki, avqustun 30-na keçən gecə Nərimanov rayonu, Sabit Rəhman küçəsi 32 ünvanında yerləşən çoxmərtəbəli binanın 8-ci mərtəbəsində səs-küy salan şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

Məlumata əsasən, hadisə ilə bağlı həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq məsuliyyət tədbirləri görülüb.

Qeyd edək ki, gecə saatlarında baş verən səs-küylə bağlı görüntülər redaksiyamıza daxil olmuş və sakinlərin narazılığına səbəb olan davranışlar əks olunmuşdu./Patrul.az/