Yasamalda restorandakı kütləvi dava - bıçaqlanma ilə bitdi
Kriminal
Yasamal rayonunda restoranda kütləvi dava zamanı 1 nəfər bıçaq xəsarəti alıb.
News24.az xəbər verir ki, hadisə Mətbuat prospektində, “Star Hall” restoranında baş verib. Bir neçə nəfər arasında baş verən dava zamanı 1994-cü il təvəllüdlü Mərəyev İlkin İlham oğlu ayağından bıçaq xəsarətləri alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona sağ baldırın kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.