Yemək yeyən arvadını başından vurub öldürdü

Yemək yeyən arvadını başından vurub öldürdü Kriminal

Türkiyədə kişi arvadını öldürüb.

News24.az Lent.az-a istinadla bildirir ki, hadisə Kahramanmaraşın Dulkadiroğlu qəsəbəsində baş verib.

47 yaşlı E.Ç. işlətdiyi dükanda arvadı 45 yaşlı Nazlı Çokgezme ilə yemək yeyərkən aralarında mübahisə yaranıb. Bu zaman kişi tapança ilə yemək yeyən arvadının başından atəş açaraq, onu öldürüb.

Bundan sonra o, hadisə yerindən qaçıb. Ancaq sonradan polisə gələrək, təslim olub.