Yevlaxda motorlu velosiped aşdı

Yevlaxda motorlu velosiped aşdı Kriminal
Yevlaxda motorlu velosiped aşıb, sürücüsü xəsarət alıb.
News24.az xəbər verir ki, hadisə Xaladan dairəsinin yaxınlığında qeydə alınıb.
Mingəçevir şəhər sakini, 1991-ci il təvəllüdlü Niyaməddin Məmmədov motorlu velosipedlə hərəkətdə olan zaman nəqliyyat vasitəsini aşırıb. O, müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.