70 yaşlı qadın yolu keçmək istəyərkən - canından oldu

70 yaşlı qadın yolu keçmək istəyərkən - canından oldu Kriminal
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
News24.az xəbər verir ki, ilkin məlumata görə avtomobil yolu keçən 1950-ci il təvəllüdlü Hicran Babayevanı vurub.
Qadın xəstəxanaya çatdırılsada onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb, hadisənin təfərrüatları dəqiqləşdirilir.