Vəkil Zabil Qəhrəmanov bu maddə üzrə ittiham olunur

Vəkil Zabil Qəhrəmanov bu maddə üzrə ittiham olunur Kriminal

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılan vəkilə ittiham elan olunub.

News24.az-ın məlumatına görə, saxlanılan tanınmış vəkil Zabil Qəhrəmanova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə ittiham olunur.

Zabil Qəhrəmanovla bağlı təqdimatın bu gün Gəncə şəhər məhkəməsində baxılacağı nəzərdə tutulub.

Qeyd edək ki, bir müddət öncə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə Zabil Qəhrəmanovun vəkillik fəaliyyəti 6 aylıq dayandırılıb.

Xatırladaq ki, Gəncədə yaşayan vəkil daha çox Tovuzda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun müdafiəçisi kimi tanınıb. O, həmçinin qətl ittihamı ilə 11 il həbsə məhkum edilən şəxsin 4 il sonra bəraət alması ilə bağlı da gündəmə gəlib.

(Unikal)