Zaqatalada karantini pozanlar - CƏRİMƏLƏNDİ

Zaqatalada karantini pozanlar - CƏRİMƏLƏNDİ Kriminal
Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin məybuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən küçəyə çıxan vətəndaşlar yoxlanılan zaman 3 nəfər şəxsin heç bir icazəsi olmadan çöldə gəzdiyi müəyyən edilib. Karantin rejimi qaydalarını pozduqları üçün həmin rayon sakinləri-Əhməd Xubayberdiyev, Elçin Məmmədov və Tural Şıxəmirov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.